Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Şahin Atamovla Roman Heydərov Avropa üçüncüsü oldu

A+ a-
08 May 2017 22:26

     Şahin Atamov (+84 kq) və Roman Heydərovun (kata) qazandığı bürünc medallarla azərbaycan karateçiləri Avropa çempionatını başa vurdular. Onların final şansı olsa da müəyyən səbəblərdən fəxri kürsünün daha yüksək pillələrində yer ala bilmədilər. Federasiyanın prezidenti, WKF-in Texniki komitəsinin, eləcə də EKF-in İcraiyyə komitəsinin üzvü Yaşar Bəşirov mükafatlandırma mərasimində iştiak etdi.

     Rəsmi yarışlarda ilk dəfə çıxış edən kata üzrə milli komandamız isə bürünc medal uğrunda həlledici görüşdə təcrübəsizlik üzündən məğlub oldu.

     Kişilərdən ibarət əsas heyət Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarına hazırlaşdığından, Türkiyənin Kocali şəhərində 52-ci qitə çempionatında ikinci heyətin üzvləri iştirak etdi.

 

      Çempionatın tatami menecerinin köməkçilərindən biri kimi məsul işi aparan beynəlxalq hakim Cahangir Babayevə həmçinin final görüşlərini idarə etmək həvalə olundu. Onunla bir yerdə digər beynəlxalq hakim Yusif Məmmədov, Avropa Karate Federasiyasında hakimlik fəaliyyətinin 10 ili tamam olması münasbətilə xüsusi bürünc döş nişanına layiq görüldülər.

       Yarışdan fotoalboma baxa bilərsiniz.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, Kocaeli Türkiyə