Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yaşar Bəşirov Elçin Səfərovla görüşüb

A+ a-
19 Aprel 2017 15:16

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərovla görüşüb. Görüş zamanı qarşıdakı məsul yarışla bağlı fiikir mübadiləsi aparılıb. 

     Y.Bəşirov karateçilərin son yarışlarda nəticələri və 4-cü İslam Həmrəyliyi Oyunlarına yekun  hazırlıq işlərindən danışıb, bu dəfə də yüksək nəticə göstərmək üçün federasiyanın bütün qüvvələrini səfərbər etdiyini söyləyib.

     E.Səfərov bildirib ki, karateçilərin 1-ci Avropa Oyunlarında göstəriyi nəticələr Azərbaycanın ümumi hesabda ikinci pilləyə yüksəlməsində böyük rol oynayıb. O, İslam Həmrəyliyi Oyunlarında da idmançılarımızdan yüksək nəticə gözlədiyini deyib. 

     Görüşün sonunda Yaşar Bəşirov Elçin Səfərova Azərbaycan Milli Karate Federasyasının Dünya Karate Federasiyasına üzv olmasının 20 illik yubleyi münasibətilə xatirə medalı təqdim edib. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov