Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər Mərakeşə yollanır

A+ a-
12 Aprel 2017 14:21

     Kişilərdən ibarət əsas milli komandanın üzvləri 14-16 aprel tarixlərində Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının növbəti Karate 1 Premyer Liqa turnirində iştirak edəcək. 

     Bu nüfuzlu yarışa 8 idmançımız yollanır. Federasiyanın 1ci vitse-prezidenti və milli komandanın baş məşqçisi vəzifəsini icra edən Rəhman Hətəmov Premyer liqada əsasən 4-cü İslam Həmrəyliyi Oyunlarında çıxış edən heyətin mübarizə aparmasına üstünlük verib.

     Komandanın böyük məşqçisi Seymur Hüseynovla birgə idmançılarımızdan Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (87 kq) və Asiman Qurbanlı (+84 kq), həmçinin legionerlərimiz İrina Zaretska (-68 kq) və Dorota Balciarova (kata) Mərakeşə yola düşür.

     Onlardan başqa beynəlxalq hakim Cahangir Babayev və Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov da Premyer liqaya ezam olunub. Beynəlxalq reytinq xalları verən bu nüfuzlu yarışa 47 ölkədən 547 idmançı qatılacaq.

     Ayın 13-də səfərə çıxan heyət 5 gün sonra Bakıya dönəcək.