Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İrina Zaretska yenə də Premyer Liqanın qalibidir

A+ a-
02 Aprel 2017 22:36

     Qadın milli komandamızın lideri İrina Zaretska (-68 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində nüfuzlu Karate 1 Premyer Liqasının qalibi oldu. O, Dünya Karate Federasiyasının (WKF) mövsümboyu 3-cü mötəbər yarışını da birinci pillədə başa vuraraq reytinqdəki liderliyini möhkəmlətdi. İ.Zaretskanın məğlub etdiyi rəqiblər arasında bu dəfə də son dünya və avropa çempionları var idi. 

     Milli komandanın favoritlərindən Ayxan Mamayev (-84 kq) bürünc medal uğrunda həlledici qələbəni əldən versə də, təsəlliverici görüşlərdə son dünya çempionatının finalında məğlub olduğu Ryutaro Araqaya (Yaponiya)  4:2 hesabı ilə qalib gələrək revanş aldı.

    4-cü İslam Həmrəyliyi Oyunlarına hazırlıq baxımından çox əhəmiyyətli olan bu yarışda milli komandamız iştirak etməsə də, turnirə öz hesabına yollanan daha 3 idmançımız mükafatçılar arasına düşə bilmədi. Karateçilərimiz üçün Premyer Liqadan kənarda qalmaqda digər bir mənfi hal isə, idmançılarımızın Tokio Olimpiadasında iştirak etməsi üçün reytinq qazandıran ilk 4 pillədən bu dəfə də uzaq düşmələridir. 

     Dubay Premyer Liqasında nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF texniki komitəsinin üzvü Yaşar Bəşirov, idmançıları mükafatlandıran fəxri qonaqlar arasında oldu. Yarışı idarə edənlərdən 4-cü İslam həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək 3 hakimimizdən beynəlxalq dərəcəli Cahangir Babayevlə Vüqar Kərimov və onlardan başqa federasiyanın vitse-prezidneti Yusif Məmmədov da yer aldı. Yüksək dərəcələrinə görə onlara final görüşlərini də idarə etmək həvalə olunub. 

     Premyer Liqada 75 ölkədən 701 karateçi iştirak etdi. 1 qızıl medala sahib olan Azərbaycan, mükafat qazana bilən 26 ölkə idmançıları arasında 7-10cu yerləri bölüşdü.