Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İrina Zaretska Premyer Liqanın qalibidir

A+ a-
20 Mart 2017 11:38

     Qadınlardan ibarət milli komandanın favoriti İrina Zaretska (-68 kq) Hollandiyanın Rotterdam şəhərində Karate 1 Premyer Liqa turnirinin qalibi olub.

     O, Dünya Karate Federasiyasının bu rəsmi mötəbər turnirinin qızıl medalınadək 6 görüşdə son illərin üç dünya çempionuna qalib gəlib. 

     Milli komandamızı martın son günləri, aprelin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində mövsümün növbəti Karate 1 Premyer Liqa turniri gözləyir. Göygöl Olimpiya İdman Kompleksində 1 həftəlik təlim-məşqləri başa vuran karateçilərimiz üçün qarşıdakı nüfuzlu turnir, mayın ortaları Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarına son hazırlıq yarışı olacaq.

     Dubay Premyer Liqasından sonra İslam Oyunlarında iştirak edən tam heyət məlum olacaq. Bu yarışda islam ölkələrinin milli komandaları itirak etdiyindən, karateçilərimiz üçün bir növ İslam Oyunlarına sınaq və mayda paytaxtımızda bu məsul yarış üçün mühim turnir sayılır.