Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

8-ci "Baku Open" turnirinə yekun vuruldu

A+ a-
14 Mart 2017 14:45

     Yeniyetmələr, gənclər, böyüklər və veteran karateçilər arasında 8-ci beynəlxalq "Baku Open" karate turniri başa çatıb.

     Turnirin təntənəli açlış mərasimində çıxış edən Azərbaycan Milli Karate Federasiyasnın (AMKF) prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü Yaşar Bəşirov ənənəvi "Baku Open" beynəlxalq yarışnın səviyyəsinin ilbəil artdığını və turnirə getdikcə daha yeni ölkə komandaların maraq göstərdiyini qeyd edib. Mərasimdə fəxri qonaqlara və yarışda iştirak edən ölkələrin rəsmi nümayəndələrinə fəxri diplom və AMKF-in WKF-ə üzv olmasnın 20 illiyinə həsr olunmuş stolüstü medallar təqdim olunub.

     Təntənəli açılış mərasimini xalq artisti Eyyub Yaqubovla əməkdar artist Xəyyam Mustafazadənin ifaları, eləcə də azyaşlı karateçilərdən ibarət "Ayxan" rəqs qrupunun çıxışı davam etdirib. Karateçilərin nümunəvi çxşlarının ardından böyüklər arasında final görüşləri keçirilib.

     14-15 yaşlı yeniyetmələr arasında Fərid Ağayev (-52 kq), Hüseyn Məmmədli (-57 kq), Efran Davohdiaman (-63 kq, İran), Sanad Sufyani (-70 kq), Maksim Qayvoronski (+70 kq, Rusiya), qızlardan Fidan Dadaşova (-47 kq), Ayla Rzazadə (-54 kq), Elizaveta Maxnyova (+54 kq, Qazaxıstan), kata yarışlarında Matin Zake (İran), Anissadat Hoseni (İran) qızıl medala sahib olublar.

     16-17 yaşlı gənclərdə Ahmed Alqhamdi (-55 kq, Səudiyyə Ərəbistanı), Mohammed Alassiri (-61 kq, Səudiyyə Ərəbistanı), Mahdi Şahqol (-68 kq, İran), İvan Kemin (-76 kq, Rusiya), Mehdi Babaei (+76 kq, İran), Fidan Teymurova (-48 kq), İnci Əzizova (-53 kq), Atonsa Raraeijo (-59 kq, İran), Negin Yarsedoi (+59 kq, İran), kata çıxışlarında isə Ceyhun İsmayılov və Hasisə Camal çempion olublar

     18-20 yaşlı gənclərdə Ülvi Qurbanov (-60 kq), Nüseyn Əliyev (-67 kq), Ruslan Əhmədov (-75 kq), Elman babayev (+84 kq), Emil Güləhmədov (+84 kq), Asya Məlikova (-50 kq), Aytac Əliyeva (-55 kq) və Telli Əliyeva (-61 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 

     Böyüklər arasında Elcan Məmmədrzayev (-60 kq), Rafiz Həsənov (-67 kq), Səyad Heyətilaleh (-75 kq, İran), Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlı (+84 kq), qadınlar arasında Aysel Babayeva (-50 kq), İlahə Qasmova (-55 kq), Fəridə Abiyeva (-61 kq), Zeynəb Cabbari (-68 kq, İran) və Fəridə Əliyeva (+68 kq), kata yarışlarında Tural Balcanl və Dorota Balciarova turnirin qalibi olublar. 

     Veteranların yarışında Siyavuş Bayramov (40 yaşdan yuxarı, kumite) və Nurəddin Əhmədov (40 yaşdan yuxarı, kata) (Rafael Məmmədov (50 yaşdan yuxarı kata) birinci yeri tutublar.

     Ənənəvi yarışda Azərbaycandan başqa, Türkiyə, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Türkmənistan, 10 ölkədən və 40-dək klubdan 489 idmançı iştirak edib. Azərbaycan idmançılarndan sonra daha yaxşı nəticəni İran və Səudiyyə Ərəbistanın karateçiləri qazanıb. Yarış AMKF-in rəsmi internet səhifəsi ilə canlı yaymlanıb.

     Turnirin tam nəticələri ilə buradan tanış ola bilərsiniz. Yarışla bağlı hazrlanmış xüsusi fotoalboma federasiyanın rəsmi "Facebook" səhifəsindən baxa bilərsiniz.