Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Avropa çempionatını 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurduq

A+ a-
19 Fevral 2017 23:44

     Azərbaycan karateçiləri Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə və Gənclərin növbəti Avropa çempionatının son yarış günü daha 2 medal qazandılar.

     İrina Zaretska (21 yaşadək idmançılar, -61 kq, şəxsi məşqçisi Denis Morozov) Avropa çempionu, Asya Məlikova isə (21 yaşadək idmançılar, -50 kq, şəxsi məşqçisi Anar Allahverdiyev) gümüş medala sahib oldu. Onlardan əvvəl Murad Hacızadə (16-17 yaş gənclərdə +76 kq, şəxsi məşqçisi Rafael Məmmədov) və Ayla Rzazadə (14-15 yaşlı yeniyetmələr, -54 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) bürünc medal qazandı.

     Fidan Teymurova (16-17 yaşlı gənclər, -48kq), Həsən Əliyev (16-17 yaşlı gənclər, -55 kq) və Elcan Məmmədrzayev (21 yaşadək idmançılar, -60kq) bürünc medal uğrunda həlledici görüşlərdə məğlub olublar. Ceyhun İsmayılov (14-15 yaşlı yeniyetmələr, kata), Tale və Tural Yaqubov qardaşları (müvafiq olaraq 14-15 yaşlı yeniyetmələr, -52 kq və -63 kq) 7-ci olublar.  

     Bu nəticə ilə Azərbaycan medal qazana bilən 34 ölkə arasında 13-cü yeri tutub. 14-15 yaşlı yeniyetmələr arasında 44-cü, 16-17 gənclər və 21 yaşadək idmançılar arasında isə 9-cu Avropa çempionatında 50 ölkədən 1147 karateçi iştirak edib. Yeniyetmə və gənclərin baş məşqçisi, əməkdar məşqçi Anar Allahveridyev, eləcə də 21 yaşadək idmançıların baş məşqçisi Şahin Xudaverdiyev komandadan daha yüksək nəticə gözləsələr də, yarış təcrübəsinin azlığı özünü göstərdi.

Bu rəsmi yarışın yaddaqalan məqamlarından biri də beynəlxlaq dərəcəli hakim Vüqar Kərimovun tatami menecerinin köməkçisi vəzifəsinə təyin edilməsi oldu.

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası Texniki Komitəsinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə avropa çempionatında iştirak edən heyət ayın 21-də Bakıya  qayıdacaq. 

          

     Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Sofiya, Bolqarıstan.