Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Ayla Rzazadə Avropa üçüncüsüdür

A+ a-
17 Fevral 2017 23:22

     14-15 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvü Ayla Rzazadə (-54 kq) Avropa üçüncüsü oldu.

     Bolqarıstanın paytaxtı Sofiyada növbəti Avropa çempionatının birinci günü bürünc medal qazanan A.Rzazadə, ilk dəfə qatıldığı rəsmi yarışda nəticə göstərməklə 2018-ci il Yeniyetmələrin Olimpiadasında iştirak etməyə real namizədlərdən biri kimi perspektivini ortaya qoydu. 

     14-15 yaşlıların yarışında Tale (-52 kq) və Tural Yaqubov (-63 kq) qardaşları və Ceyhun İsmayılov (kata) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsələr də son anda mükafatçılar sırasına düşə bilməyiblər. Bu nəticə ilə Azərbaycan yarışın ilk günü medal qazana bilən 25 ölkə arasında 18-25ci yerləri bölüşür. 

     Avropa çempionatının növbəti iki yarış günündə 16-18 yaşlı gənclər və 21 yaşadək idmançılar mübarizəyə qatılacaqlar. 14-15 yaşlı yeniyetmələr arasında 44-cü, 16-18 gənclər və 21 yaşadək idmançılar arasında isə 9-cu Avropa çempionatında 50 ölkədən 1147 karateçi iştirak edir. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Sofiya, Bolqarıstan.