Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmə və gənclər Avropa çempionatında iştirak edəcək

A+ a-
14 Fevral 2017 11:57

     Yeniyetmə və gənclərdən ibarət seçmə komandalar Bolqarıstanın paytaxtı Sofiyada növbəti Avropa çempionatında iştirak edəcəklər. 

     14-18 yaşlı yeniyetmə və gənclərin baş məqçisi, əməkdar məşqçi Anar Allahverdiyev və onun köməkçisi, əməkdar məşqçi Qurban Tağıyev 14-15 yaşlıların yarışında Tale Yaqubovun (-52 kq), Rəşid Həqiqətli (-57 kq), Tural Yaqubov (-63 kq), Fərid Şahbazlı (-70 kq), Mədinə Sadıqova (-47 kq), Ayla Rzazadə (-54 kq) və Səma İmanzadənin (+54 kq) çıxış etməsinə qərar verib.

     Məşqçilər heyəti həmçinin 16-18 yaşlı gənclərdə Həsən Əliyevə (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Ruslan Əhmədov (-68 kq), Murad Balakişiyev (-76 kq), Murad Hacızadə (+76 kq), Fidan Teymurova (- 48 kq), İnci Əzizova (-53 kq) və Bəsti ismayılovaya (+53 kq) fərqlənmək imkanı verib. 

     18-20 yaşlı gənclərin baş məşqçisi, əməkdar məşqçi Şahin Xudaverdiyev isə kumite yarışlarında 8 idmançıya, o cümlədən Elcan Məmmədrzayevə (60 kq), Mirtaleh Əliyev (-67 kq), Vüsal Kamallı (-75 kq), Elman Babayev (-84 kq), Sərxan Quluzadə (+84 kq), Asiya Məlikova (-50 kq), İrina Zaretska (- 61 kq) və Fəridə Əliyevaya (+68 kq) medal qazanmaq şansı yaradıb. 

     Kata üzrə bütün ya qruplarının baş məşqçisi, əməkdar məşqçi Vahid Ayvazov 14-15 yaşlı yeniyetmələrdə Ceyhun İsmayılova, 18-20 yaşlı gənclərdə isə Roman Heydərova güvənir. 

     Federasiyanın Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, federasiyanın həkimi Pərvin Əkbərov və beynəlxalq hakim Vüqar Kərimov da Bolqarıstana ezam olunub. 

     Azərbaycan Milli karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə fevralın 15-də Sofiyaya yola düşən böyük heyət 6 gün sonra vətənə dönəcək.

 

 Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov