Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmə və gənclər Xorvatiyadan 8 medalla dönürlər

A+ a-
16 Yanvar 2017 10:54

     Yeniyetmə və gənclərdən ibarət seçmə komandanın üzvləri Xorvatiyada beynəlxalq turnirdən 8 medal qazanıblar. Mükafatların beşi qızıl, üçü isə bürüncdür. 

     Samobor şəhərində 26-cı Xorvatiya "Qran Pri"sində fəxri kürsünün ən yüksək pilləsinə Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, -52 kq), Elcan Məmədrzayev (-60 kq), Asiya Məlikova (-50 kq) və İrina Zaretska (+68 kq, hər üçü 18-20 yaşlı gənclər seçmə komandasının üzvü) və Sahib Əhədov (yuxarı yaşlı fiziki qüsurlu dmançılar arasında) çıxıb. Mədinə Sadıqova (14-15 yaşlı yeniyetmələr, -47 kq), Vüsal Kamallı (-75 kq) və Fəridə Əliyeva (+68 kq, hər ikisi 18-20 yaşlı gənclər) isə 3-cü yeri tutub. Daha 5 idmançımız bürünc medal uğrunda görüşlərdə qələbəni əldən verib

     Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımızı daha məsul yarış, 17-19 fevral tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada növbəti Avropa çempionatı gözləyir. İdmançılarımız seçmə komandaların məşqçiləri Anar Allahverdiyev, Qurban Tağıyev, Şahin Xudaverdiyev, Vahid Ayvazov və Vüqar Kərimovun rəhbərliyi ilə qarşıdakı yarışa hazırlıqları davam etdirəcəklər.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov