Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yubileyiniz mübarək Şahin müəllim!

A+ a-
10 Yanvar 2017 10:02

    10 yanvar tarixində Azərbaycan Milli Karate Federasiyasında uzun müddətdir ki, çalışan, böyüklərdən ibarət milli komandanın köməkçi məşqçisi, eləcə də 18-21 yaşlı gənclərdən ibarət seçmə komandanın böyük məşqçisi, beynəlxalq dərəcəli hakim Şahin Xudaverdiyevin 50 illik yubileyidir.

     Şahin Atamav, Ayxan Mamayev, Nuranə Əliyeva, Asiman Qurbanlı kimi dünya və avropa çempionatlarının, həmçinin bir sıra nüfuzlu beynəlxalq yarışların qalib və mükafatçılarının şəxsi məşqçisi olmaqla yanaşı, Ş.Xudaverdyev fəaliyyət göstərdiyi "Qaraqaplan" klubu ilə yüksək nəticələr göstərib. Onun yetirmələri arasında digər yaş qrupuları üzrə seçmə komandaların üzvləri də var. 

     Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi, məşqçi, hakim və idmançı heyəti, o cümlədən baş sponsor Azərbaycan Beynəlxalq Bankı, respublikanın əməkdar məşqçisi və tanınmış mütəxəssis Şahin Xudaverdiyevi 50 illik yubileyi münasibəti ilə təbrik edir, ona məhsuldar karyerasında yeni zəfərlər arzulayır.

     Yubileyiniz mübarək Şahin müəllim!