Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

2016-cı il mövsümünə yekun vuruldu

A+ a-
27 Dekabr 2016 13:41

Azərbaycan Milli Karate Federasiyası 2016-cı idman ilinə yekun vurub. Bu məqsədlə federasiyanın ofisində keçirlən mətbuat konfransında təşkilatın prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident Rəhman Hətəmov, vitse prezident Yusif Məmmədov, baş katib Mir-Cabar Seyidov, qadınlardan ibarət milli komandanın kapitanı İlahə Qasımova və mətbuat katibi Sənan Məhərrəmov iştirak edib. 

Federasiya rəsmiləri bu uğurlu idman ili ilə bağlı ətraflı məlumat verərək, sualları cavablandırıblar. Federasiyanın ilin yekunu ilə bağlı press relizini təqdi edirik. 

2016-cı il Azərbaycan Milli Karate Federasiyası üçün ən uğurlu illərdən biri olub. Bu il Azərbaycan karateçiləri ölkədən kənar 26 beynəlxaq turinrdə iştirak ediblər. Bu yarışlarda 129 müxtəlif əyarlı medallar qazanılıb. Mükafatlardan 26 qızıl, 24 gümüş, 79 medal isə bürüncdür. Bunlardan başqa respublikada ənənəvi “Baku Open” və ilk dəfə Naxçıvan Muxtar Respublikasında müstəqlliymizin 25 illyinə həsr olunmuş beynəlxalq turnir təşkil edilib.

Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvlərindən Müseyib Məmmədov (14-15 yaşlı yeniyetmələr -52 kq) fevralın əvvəlində Kiprin Limassol şəhərində Avropa üşüncüsü olub.

Mayın əvvəli Fransanın Monpelye şəhərində böyüklərin 51-ci Avropa çempionatında Rafael Ağayev (-75 kq) 13-cü avropa çempionluğunu qeyd edib. 16-18 yaşlı gənclərdən ibarət milli komandanın üzvü Roman Heydərov kata yarışlarında böyüklər arasında ilk dəfə Avropa üçüncüsü olub. İrina Zaretska, İlahə Qasımova, Nuranə Əliyeva və Fəridə Abiyevadan ibarət milli komandamız ilk dəfə Avropa çempionu olub.

     Oktyabrın son günləri Avstriyanın Linz şəhərində böyüklərin 23-cü dünya çempionatında Rafael Ağayev (-75 kq) 5-ci dəfə dünya çempionu olmaqla öznəməxsus rekordu yeniləyib. Ayxan Mamayev (-84 kq) dünya çmpionatının gümüş medalına, Firdovsi Fərzəliyev (-60 kq) isə bürünc mükafata sahib olub. Bu nəticə ilə milli komandamız dünyada 5-ci yeri tutub.    

Azərbaycan karateçiləri 2016-cı ildə Dünya Karate Federasiyasının 7 nüfuzlu Karate 1 Premyer Liqa turnirində iştirak ediblər. Rəsmi yarışlar olan dünya və avropa çempionatından sonrakı reytinqə malik bu mötəbər turnirlərdə idmançılarımız 3 qızıl, 6 gümüş və 10 bürünc medal qazanıblar.

2016-cı ildə Beynəlxalq və milli dərəcəli hakimlərin təcrübəsinin artırılması üçün seminarlar təşkil edilib. Beynəlxalq hakimlər Dünya Karate Federasiyası və Avropa Karate Federasiyasının seminarlarında, imtahanlarda iştirak edərək dərəcələrini yüksəldiblər.

Bu nəaliyyətlərdən başqa 2016-cı il dünya karatesi üçün bir sıra tarixi hadisələrlə də yadda qalıb. Avqustun 5-də Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin növbəti sessiyasında karatenin Tokio 2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi qərara alınıb. Dekabrın 6-da isə karate 2018-ci ildən Yeniyetmələrin Olimpiya Oyunlarının proqramına əlavə edilib.

Yola saldığımız il həmçinin regionlarla işlər gücləndirilib. “Regionlarda karatenin inkişafı və təbliği” istiqamətində Naxçıvan Muxtar Respublikasında federasiyanın nümayəndəliyi yaradılıb. Bir sıra bölgələrə səfərlər olunub, çətinliklərin aradan qaldırılmasında əməli işlər görülüb.

Hər zaman olduğu kimi bu il də dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cənabları karate idmanında qazanılan uğurları diqqətdən kənar qoymayıb. Bəzi həvəsləndirici tədbirlərlə yanaşı, milli komandanın kata üzrə böyük məşqçisi Vahid Ayvazova yeni mənzilin orderi təqdim edilib.

Qarşıdakı ilin planlarına gəlincə, 2017-ci ildə karate üçün məsuliyyətli illərdən biri olacaq. Mayın əvvəli Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarının favortilərindən biri kimi ciddi məsuliyyəti üzərində hiss edən Azərbaycan Milli Karate Federasiyası ilin ilk yarısını gücləndirilmiş iş rejimində keçirməyi nəzərdə tutub. Bundan başqa ölkədə karatenin daha da kütləviliyinə nail olmaq üçün müəyyən layihələrin həyata keçirilməsi planlaşdırılıb.

Gələn il karateçilərimizi Yeniyetmə və Gənclərin Avropa və dünya çempionatları, böyüklərin avropa çemionatı, eləcə də bir neçə Premyer Liqa turnirləri gözləyir. Yaxın illər üçün qarşıda duran əsas hədəflərdən biri də perspektivli idmançıları 2018-ci il Argentinada Yeniyetmə və Gənclərin Olimpiadasına lisenziya qazanmağa hazırlamaqdır.

Hər zaman olduğu kimi Gənclər və İdman nazirliyinin, Milli Olimpiya Komitəsinin, eləcə də baş sponsor Azərbaycan Beynəlxalq Bankının dəstəyi sayəsində qüvvələrimizi səfərbər edərək 2017-ci ildə də böyük nəticələrə nail olmağı hədəfləyirik.