Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ildə yüksək nəailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim təqdim edib

A+ a-
23 Dekabr 2016 20:57

       Milli Olimpiya Komitəsində 2016-cı ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

     Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idman ictimaiyyəti ilə ənənəvi görüşdə əldə edilən nəaliyyətlərdən fəxrlə danışaraq, ildən-ilə artan nəticələrin sevindirici olduğunu və Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərdiyini bildirib.   

     Nitqinin ardından dövlətimizin başçısı 2016-cı ildə yüksək nəailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə fəxri adlar və mükafatlar təqdim edib. Son illər olduğu kimi bu dəfə də Azərbaycan Milli Karate Federasiyasının (AMKF) məhsuldar fəaliyyəti diqqətdən kənar qalmayıb. Kata üzrə böyük məşqçi, əməkdar məşqçi Vahid Ayvazova yeni mənzilin orderi təqdim olunub. 

     Hər zaman göstərilən diqqət və qayğıya görə kollektiv adından ölkə rəhbəri və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cənablarına minnətdarlığını bildirən AMKF-in prezidenti Yaşar Bəşirov, bundan sonra da göstərilən etimadın yüksək səviyyədə doğrulacağını çatdırır.

    Y.Bəşirov federasiyanın uğurlarının əldə olunmasında göstərdiyi böyük dəstəyə görə Gənclər və İdman naziri Azad Rəhimova, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə, həmçinin baş sponsor Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə minnətdarlığını ifadə edərək, birgə səylərin gələcəkdə də böyük qələbələr gətirəcəyinə əminliyini bildirir.