Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karate ilə bağlı tədbir keçiriləcək.

A+ a-
08 Dekabr 2016 12:13

Milli Olimpiya Komitəsi, Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyi ilə Gənclik Mallın 2-ci mərtəbəsində yerləşən GoSport Baku-da Olimpiya həftələri davam edir! 
Tədbir 9 Dekabr saat 18:00-da KARATE GÜNÜ keçiriləcək! Karate fəndlərini izləmək, qədim yapon idman növünün sirrlərinə yiyələnmək və GOSPORT-dan hədiyyə qazanmaq istəyən hamı dəvətlidir!

Tədbirdə - 
Rafael Ağayev - ( 5 qat dünya, 13 qat avropa çempionu)
Ayxan Mamayev - (Gənclər arasında dünya çempionu, avropa çempionu, böyükər arasında şəxsi yarışlarda avropa 2-cisi, dünya ikincisi, komanda yarışlarında avropa çempionu, ikiqat avropa 3-cüsü, klublararası avropa çempionu, İslam oyunlarının şəxsi və komanda yarışlarının çempionu, Avropa Oyunlarının qalibi)
Firdovsi Fərzəliyev - (Avropa Oyunlarının qalibi, Dünya 3-cüsü)
İlahə Qasımova - (Avropa Oyunlarının 3-cüsü, komanda yarışlarında avropa çempionu)
Nuranə Əliyeva - (Avropa 3-cüsü, komanda yarışlarında avropa çempionu)
Roman Heydərov – (Böyüklər arasında kata üzrə Avropa 3-cüsü, Dünya kubokunun qalibi) kimi idmançılarımızla yaxından tanış olub, avtoqraf almaq şansını qaçırma!