Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karate Yeniyetmələrin Olimpiya Oyunlarında!!!

A+ a-
07 Dekabr 2016 00:31

     Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il Yeniyetmələrin Olimpiadasının proqramına daxil etməyi qərara alıb. Bu barədə BOK-un və Dünya Karate Federasiyasının (WKF) rəsmi internet səhifələri məlumat verib.

     Buenos-Ayres Olimpiadasının təşkilat komitəsinin bu təklifində karate ilə yanaşı idman rəqsləri və idman dağadırmanması növləri də var.

     Yeniyetmələrin qarşıdakı Olimpiya Oyunlarının proqramında karate yarışları, oğlan və qızların hər birində 3 çəki dərəcində, eləcə də kata çıxışları üzrə keçiriləcək.

     Argentinanın paytaxtında bu mötəbər idman hadisəsi 2018-ci il oktyabrın 1-12 aralığında təşkil ediləcək. Beləliklə yeniyetmə karateçilər böyüklərdən əvvəl Olimpiadada iştirak edəcəklər.

 

Sənan Məhərrəmov, Media və İctimaiyyətlə işlər katibi