Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Rafael Ağayev layihənin qonağı olub

A+ a-
30 Noyabr 2016 15:54

    4-cü İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin könüllülərlə iş üzrə əməkdaşları tərəfindən həyata keçirilən layihənin qonağı bu dəfə milli komandanın lideri Rafael Ağayev olub. Layihəni həyata keçirənlərin hazrladığı mətni və şəkilləri təqdim edirik.  

 

     Bildiyiniz kimi 12-22 May 2017-ci il tarixlərində Bakıda sayca 4-cü İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, möhtəşəm, ölkəmizin idman tarixinə qızıl hərflərlə yazılan tədbiri, təbii ki, könüllülərsiz təsəvvür etmək olmaz. İndiyə kimi minlərlə gənc doğma diyarımızda keçirilmiş bütün böyük miqyaslı idman yarışlarına öz köməyini əsirgəməyib. Və tezliklə onlar öz adlarını bir daha tarixə həkk edəcəklərindən qürur duyurlar.

     Bu gənclərin bir qismi idman könüllüləridir.

  

     İslam Oyunlarına bir neçə ay qalmasına baxmayaraq və könüllülərin marağını nəzərə alaraq, idman departamenti onlar üçün maraqlı və faydalı görüşlər təşkil edir. Azərbaycan Karate Federasiyanın dəstəyi ilə bu görüşlərdən birincisi Azərbaycan karateçisi, 5 dəfə dünya, 10 dəfə Avropa çempionu, Bakı 2015 Avropa Oyunlarının qalibi Rafael Ağayevlə oldu. Səmimiyyəti, nümunəvi davranışı və gənclərə dəstəyi ilə seçilən Rafael bəy bu dəfə də görüş təklifimizi məmnuniyyətlə qəbul etdi. Görüş çərçivəsində idman könüllüləri üçün Rafael bəyə sual vermək şansı yaradılmışdır. Könüllülər tataminin üstündə əyləşərək onları maraqlandıran bütün suallara cavab aldılar.

Görüşün sonunda xatirə şəkli çəkdirilmişdir.

 

     Bu cür qeyri-rəsmi, maraqlı, şən və səmimi görüş silsiləsinin ilk qonağı olan Rafael bəyə idman departamentinin işçi kollektivi və könüllüləri tərəfindən təşəkkürümüzü bildirir və ona idman karyerasında uğurlar və davamlı naliyyətlər arzu edirik.