Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Hakimlər və məşqçilər yeni lisenziyalara sahib oldular

A+ a-
27 Oktyabr 2016 01:19

     Avstriyanın Linz şəhərində 24-cü dünya çempionatı ərəfəsi azərbaycanlı beynəlxalq hakimlər Dünya Karate Federasiyası (WKF) Hakimlər komitəsinin təşkil etdiyi növbəti kurslara və imtahanlara qatılıblar.

     Vüqar Kərimov, Anar Allahverdiyev və Nərgiz Mehdiyeva imtahanlardan uğurla keçərək dərəcələrini artırıblar. Yusif Məmmədov isə lisenziyasının müddətini uzadıb. 

     Onlardan başqa milli komandanın məşqçilərindən Oqtay Məmmədov, Seymur Hüseynov və Rəşad Hüseynov WKF-in Məşqçilər komitəsinin kurslarında iştirak ediblər. Ardından imtahan verən məşqçilərimiz beynəlxalq lisenziyalara sahib olublar. 

 

Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov. Linz, Avstriya