Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

WKF-in konqresində bir sıra vacib qərarlar qəbul olundu

A+ a-
26 Oktyabr 2016 02:05

Karateçilərin Tokio 2020 Yay Olimpiya Oyunlarında çəki dərəcələri məlum oldu. Karate döyüş idman növü ilk dəfə Olimpiya oyunlarında kişi və qadınların hər birində 3 çəki dərəcəsində və kata yarışları üzrə keçirləcək. Bu qərar Dünya Karate Federasiyasının (WKF) Avstriyanın Linz şəhərində keçirilən növbəti konqresində verilib.

Tokio Olmpiadasında iştirak etmək üçün kişilərdə -60 kq, -67 kq çəki dərəcələri, eləcə də -84 və +84 kq çəki dərəcələri birləşdiriləcək. Qadınlarda eynilə aşağı və yuxarı çəkilər -50 kq və -55 kq ilə -68 və +68 kq çəki dərəcələri birləşdiriləcək. Beləliklə kişilər kumitedə -67 kq, -75 kq və +75 kq çəkilərdə, qadınlar isə -55 kq, -61 kq və +61 kq çəki dərəcələrində və fərdi kata yarışları üçün tatamiyə çıxacaqlar. Olimpiya medalları uğrunda hər çəki dərəcəsində və kata çıxışlarında 10 idmançı mübarizə aparacaq. Olimiadada komanda yarışları keçirilməyəcək.

Olimpiya təsnifatına gəlincə, WKF-in reytinq cədvəlinə əsasən dörd idmançı, xüsusi lisenziya yarışlarından üç idmançı, təşkilatçı ölkə kimi Yaponiyadan bir idmançı, qitələr arasında mümkün qədər bərabər iştirakçı sayı yaratmaq üçün reytinq əsasında WKF tərəfindən bir idmançı lisenziya qazanacaq. Həmçinin hər bir qitənin təmsil olunması üçün daha bir vəsiqə isə karatenin zəif inkişaf etdiyi ölkələrə “Wild kard” prinsipi ilə təqdim ediləcək. Avropa və Dünya çempionatlarının mükafatçıları olimpiadaya birbaşa vəsiqə qazana bilməsələr də, oların nəticələri reytinqlərinə müsbət təsir edəcək.

1998-ci ildən WKF-ə rəhbərlik edən Antonio Espinos, səsvermədə iştirak edən 82 nümaəndə heyətindən 79 səs toplayaraq daha 6 il müddətinə təşkilatın prezidenti  seçildi. Konqresin güdəliyində duran digər məsələlərdən WKF-in müxtəlf komitələrinin hesabatları dinlənildi, 2017-2018-ci illərin büdcəsi təsdiqləndi. 2017-ci ilin 17 iyun tarixində “Dünya Karate günü” keçirilməsi ideyasına baxıldı. Həmçinin məhsuldarlığı ilə əvvəlkilərdən fərqlənən konqresdə WKF-in Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya kanalı ilə əməkdaşlıq memorandumu imzalaması açıqlandı.

Bundan başqa 2019-cu ildə Yeniyetmə və Gənclərin dünya çempionatının İspaniyanın Tenerife şəhərində, 2020-ci ildə böyüklərin dünya çempionatının isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilməsi təsdiqlənib.

WKF-in növbəti konqresində Azərbaycanı Milli Karate Federasiyasının prezidenti və WKF Texniki komitəsinin üzvü Yaşar Bəşirov, federasiyanın Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov və Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitəsində karate yarışlarının meneceri Vüsalə Vəliyeva təmsil edib.

 

Günün sonunda böyüklərin 24-cü dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. 2 ildən bir keçirilən karate üzrə ən böyük bu yarışda 118 ölkədə 1024 idmançı iştirak edir.

 

Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov. Linz, Avstriya