Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Federasiya rəsmiləri Quba-Xaçmaz zonasında olublar

A+ a-
12 Oktyabr 2016 10:46

     Azərbaycan Milli Karate Federasiyası (AMKF) "Regionlarda karatenin inkişafı" iş planı çərçivəsində fəaliyyətini gücləndirib. Federasiya rəhbərliyi Quba-Xaçmaz zonası nümayəndəliyinə daxil olan rayonların məşqçi-mütəxəssiləri ilə görüşüb. 

     Xaçmazda keçirilən görüşdə federasiyanın prezidenti Yaşar Bəşirov, baş katib Mir-Cabbar Seyidov və Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov iştirak edib. Federasiya rəhbəri və Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü Y.Bəşirov son zamanlar baş verən yeniliklər barədə region nümayəndələrinə ətraflı məlumat verib. O bildirib ki, artıq olimpiya idman növü olan karatenin ölkədə daha da inkişafı naminə işlər sürətləndirlməli və fəaliyyət genişləndirilməlidir.

     Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin digər idman növləri ilə yanaşı karateni də diqqətində saxlaması nəticəsində ümumi məsuliyyətin artırmasını söyləyən Yaşar Bəşirov, bu etimadı hər zaman doğrultmağa hazır olmağın vacibliyini nəzərə çatdırıb. O, Gənclər və İdman naziri Azad Rəhimovun, eləcə də federasiyanın baş sponsoru Azərbaycan Beynəxalq Bankının dəstəyilə çətinliklərin vaxtında aradan qaldırılması sayəsində irəliləyişlərə nail olunduğunu bildirib. 

     Görüşdə həmçinin Quba-Xaçmaz zonasında karatenin inkişafına əngəl olan problemlər və onların həlli yolları araşdırılıb, təkliflər müzakirə olunub. Yığıncaqda Quba-Xaçmaz zonasının nümayəndəsi Ələddin Əzizov, məşqçilərdən Loğman Aslanov, Tərlan Dadaşov, Xaşam Məmmədov, Vüqar Rüstəmov, Elnurə Ramazanova, Rəfael Əsədov, Bəylər Həsənov, Faiq Həsənbəyov, Nurəddin Əhmədov, Hüseyn İsmayılov, Tehran Vəliyev və Əflatun İsayevin fikirləri dinlənilib.

     Qarşıdakı işlərlə bağlı tövsiyələrini verən federasiya rəsmiləri, bundan sonra da zonalarda işlərin effektli aparılmasının diqqətdə saxlanılacağını  bildirib. Y.Bəşirov regionlarla işlərin genişləndirilməsi planına əsasən hakimlik və məşqçilik seminarlarının təşkilini, zonalarda yarışların keçiriləcəyini qeyd edib. Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov regionlara dəstək layihəsi kimi multimediya vasitələrindən istifadə edərək yarış qaydaları, hakimlik və məşqçilik videodərslərinin hazırlanaraq ölkənin hər bir əraziinə göndəriləcəyini bildirib.

     Görüşün sonunda AMKF rəhbərliyi Xaçmaz Olimpiya İdman Kompleksində karate zalında yaradılan yüksək səviyyəli şəraitlə tanış olub, idmançıların məşqlərini izləyiblər. Regionlarla işlərin daha məhsuldar aparılması üçün iş planına əsasən qarşıda digər zonalara səfərlər nəzərdə tutulub.

 

Sənan Məhərrəmov, Media və İctimaiyyətlə işlər katibi