Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilərimiz Premyer Liqada 6 medal qazandılar

A+ a-
26 Sentyabr 2016 11:53

Azərbaycan karateçiləri Almaniyanın Hamburq şəhərində Dünya Karate Federasiyasının (WKF) növbəti Premyer Liqa turnirində 6 medala sahib olublar. 2 qızl, 1 gümüş və 3 bürünc medal qazanan idmançılarımız 72 ölkə arasında 4-cü nəticə göstəriblər.

7 rəqibini məğlub edən Asiman Qurbanlı (+84 kq, şəxsi məşqçisi Şahin Xudaverdiyev) ilə 6 görüş keçirən İrina Zaretska (-68 kq, şəxsi məşqçisi Denis Morozov) nüfuzlu Premyer Liqa turnirinin qalibi olublar. 

Firdovsi Fərzəliyev (-60 kq, şəxsi məşqçisi Rəhman Hətəmov) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Rafiz Həsənov (-67 kq, şəxsi məşqçisi Rəhman Hətəmov), Rafael Ağayev (-75 kq, şəxsi məşqçisi Füzuli Musayev) və Nuranə Əliyeva (-50 kq, şəxsi məşqçisi Şahin Xudaverdiyev) isə bürünc medal qazanıb. 1-ci vitse-prezident Rəhman Hətəmovun rəhbərliyi ilə Hamburqa yola düşən heyətdə milli komandanın məşqçilərindən Seymur Hüseynov (kumite) və Vahid Ayvazov (kata), həmçinin yarışı idarə etmək üçün beynəlxalq hakimlərdən federasiyanın hakimlər komitəsinin sədri Cahangir Babayev və vitse-prezident Yusif Məmmədov da yer alıb.

 

Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov