Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İrina Zaretska "Banzai Cup"ın qalibi oldu

A+ a-
19 Sentyabr 2016 08:57

     Milli komandanın favoritlərindən İrina Zaretska (-68 kq) mötəbər "Banzai Cup"  açıq beynəlxalq turnirində üç yarış kateqoriyasının qalibi olub.

     Bu il qadınların komanda yarışlarında Avropa çempionu olan məşqçi Denis Morozovun yetirməsi 21 yaşadək gənclər və böyüklər arasında, həmçinin açıq çəki dərəcəsinin qızıl medallarını qazanıb.

     Berlində keçirilən ənənəvi turnirdə 34 lkədən 1302 idmançı iştirak edib. Milli komandamız həftəsonu Almaniyanın Hamburq şəhərində Dünya Karate Federasiyasının nüfuzlu Karate 1 Premyer Liqasında iştirak edəcək. 

 

AMKF-in Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov.