Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

"Bazel Open Masters"də 7 medal qazanıldı

A+ a-
13 Sentyabr 2016 00:03

     İsveçrədə "Bazel Open Masters" beynəlxalq turnirində iştirak edən milli komandanın bir neçə üzvü çıxışlarını 1 qızıl və gümüş, həmçinin 5 bürünc medalla tamamlayıb.

     Yarış şəxsi və açıq çəki dərəcələrində, eləcə də "Masters" kateqoriyasında keçirilib. 

     Öz çəki dərəcəsində 3-cü olan İlahə Qasımova (-55 kq) "Masters"-də qızıl medal qazanıb. Pənah Abdullayev "Masters" turnirində gümüş mükafata, Ayxan Mamayev açıq çəki dərəcəsində, Şahin Atamovla Asiman Qurbanlı (hər ikisi +84 kq) isə öz çəki dərəcələrində bürünc medala sahib olub. 

      "Bazel Open Masters" beynəlxalq turnirində 16 ölkədən 675 idmançı iştirak edib. Azəbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə beynəlxalq hakim Cahangir Babayev yarışın hakimləri arasında olub. 

     Azərbaycan karateçilərini bu nüfuzlu turnirə dəvət etdiyinə və dəstəyə görə federasiyanın rəhbərliyi yarışın təşkilatçısı, İsveçrə Şotokan Karate-do Federasiyasının texnik direktoru Zübeyir Şahinə minnətdarlığını bildirir. 

 

AMKF-in Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov.