Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Səfir Tamerlan Qarayev azərbaycan karateçiləri ilə görüşüb

A+ a-
29 Avqust 2016 08:56

     Azərbaycanın İndoneziya respublikasında fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev Cakartada Beynəlxalq Şotokan Karate-do Federasiyasının (SKİF) 12-ci dünya çempionatında yüksək nəticə göstərən idmançılarla görüşüb.

     SKİF üzrə dünya çempionu olan Roman Heydərovla (16-17 yaşlı gənclər, kata), Rəvan Bağırovun (13 yaşlı yeniyetmələr, kumite) qazandığı qızıl medallar münasibətilə başda Azərbaycan Milli Karate Federasiyası və SKİF-in Azərbaycan nümayəndəsi Yaşar Bəşirov olmaqla heyəti təbrik edən səfir, onlara uğurlar arzulayıb. İdmanın böyük həvəskarı olduğunu qeyd edən T.Qarayev azərbaycan idmançılarının hər biri uğurunun onu ürəkdən sevindirdiyini bildirib. 

     Yaşar Bəşirov səmimi qəbula görə və İndoneziya səfəri boyu dəstəyini əsirgəməyən Tamerlan Qarayevə minnətdarlığını bildirib. Y.Bəşirov bu nəticələrin dövlətin idmana diqqət və qayğısı sayəsində əldə olunduğunu bildirib. O, söhbət əsnasında azərbaycan karateçilərinin beynəlxalq uğurları barədə ətraflı məlumat verib. Federasiya rəhbəri həmçinin qeyd edib ki, karatenin olimpiadanın proqramına daxil edilməsi ilə iş fəaliyyəti daha gərgin mərhələyə adlayıb və qarşıda həyata keçirilməsi nəzərdə tutulan bir sıra planlar var. 

     Görüşdən sonra səfir Tamerlan Qarayev azərbaycan karateçiləri ilə xatirə şəkilləri çəkdirib. 

 

AMKF-in Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov. Cakarta, İndoneziya.