Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Roman Heydərovla Rəvan Bağırov SKİF-in dünya çempionu oldular

A+ a-
26 Avqust 2016 22:14

     Kata üzrə Avropa üçüncüsü Roman Heydərovla (şəxsi məşqçisi Vüqar Kərimov, milli komanda məşqçisi Vahid Ayvazov) 13 yaşlıların kumite yarışında çıxış edən Rəvan Bağırov (şəxsi məşqçisi Cahangir Babayev) Beynəlxalq Şotokan Karate-do Federasiyasının (SKİF) 12-ci dünya çempionatının qalibi oldular. 

     Azərbaycan Milli Karate Federasiyasının və SKİF-in Azərbaycan təşkilatının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə İndoneziyanın paytaxtı Cakartada mötəbər yarışa yollanan 3 idmançımızdan, "Arpaçay" klubunun üzvü R.Heydərov və "Qaraqaplan" klubunun yetirməsi R.Bağırov rəqiblərinə maksimal üstünlüklə qalib gəlib.

     Məşqçilərdən kata üzrə milli komandaların böyük məşqçisi Vahid Ayvazov və "Qaraqaplan" klubunun məşqçisi Cahangir Babayev, həmçinin rəsmi yarışdan operativ məlumatlar hazırlamaq üçün federasiyanın Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da dünya çempionatına ezam olunub.

     Nüfuzlu yarışda 48 ölkədən 700-dək müxtəlif yaşlı karateçi iştirak edib. Dünya çempionatından fotoalboma federasiyanın rəsmi Facebook səifəsindən baxa bilərsiniz.