Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

4-cü İslam Həmrəyliyi Oyunlarında karate yarışları ilə bağlı müzakirələr aparılıb

A+ a-
13 Iyul 2016 09:00

     4-cü İslam Həmrəylik Oyunlarının Təşkilat komitəsinin nümayəndələri Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi ilə görüşüb. Federasiyanın prezidenti Yaşar Bəşirov milli komandamızın İslam Həmrəylik Oyunlarında qazandığı uğurlar barədə qısa məlumat verərək qarşıdakı mötəbər yarışa hazırlıq işlərinin böyük məsuliyyətlə aparıldığını bildirib. O? 3 il əvvəlki oyunlarda azərbaycan karateçilərinin böyük uğurlar qazandığını söyləyib. O cümlədən karateçiləri son İslam Oyunlarının komanda yarışında birinci olduğunu qeyd edib.

     Oyunların təşkilat komitəsinin idman bölməsinin rəhbəri Mark Honeybun qarşıdakı mötəbər yarışa yüksək hazırlıq işlərinin aparıldığnı söyləyib. Görüşdə məlumat mübadiləsindən əlavə, müəyyən texniki məsələlər də müzakirə olunub. 4-cü İslam Həmrəylik Oyunlarının karate yarışları yalnız fərdi kumite və kata üzrə keçiriləcək. 2013-cü ildə İndoneziyada təşkil edilən ötən yarışda komanda görüşləri də keçirilmişdi.

    Bakıda 4-cü İslam Oyunlarının karate turniri bu mötəbər yarışların ilk günlərində - 13-14 may tarixlərində "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək.