Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

"Arpaçay" İdman Mərkəzinin l açıq çempionatı - canlı yayım

A+ a-
24 Iyun 2016 10:49

     24-25 iyun tarixlərində Bakı İdman Sarayında Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" İdman Mərkəzinin uşaqlar, yeniyemələr və gənclər arasında l açıq çempionatı başlayıb.

     Çempionatın ilk günü 6-7 yaşlı və 8-9, 10-11, 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında fərdi kumite yarışları, ertəsi gün isə eyni yaş dərəcələrində fərdi kata və komandalar arası kumite yarışları keçiriləcək. 

     Turnirin açılış mərasimi şənbə günü saat 17:00-də başlayacaq. Ardından isə komanda yarışlarının finalları keçiriləcək. 

     l açıq çempionatda ölkənin müxtəlif bölgələrindən 50-dək klub iştirak edir. Naxçıvan Muxtar Respublikasını isə ilk dəfə olaraq iki klub təmsil edir. Yarışın ümumi nəticəsinə əsasən 3 kluba kubok və ən yüksək nəticə göstərən komandaya pul mükafatı təqdim olunacaq. 

     Yarış canlı internet video yaymla təqdim edilir..