Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

"Arpaçay" İdman Mərkəzinin l açıq çempionatı keçiriləcək

A+ a-
14 Iyun 2016 12:29

     24-25 iyun tarixlərində Bakı İdman Sarayında Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" İdman Mərkəzinin uşaqlar, yeniyemələr və gənclər arasında l açıq çempionatı keçiriləcək.

     Çempionatın ilk günü 6-7 yaşlı və 8-9, 10-11, 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında fərdi kumite yarışları, ertəsi gün isə eyni yaş dərəcələrində fərdi kata və komandalar arası kumite yarışları keçiriləcək. 

     Turnirin açılış mərasimi şənbə günü saat 17:00-də başlayacaq. Ardından isə komanda yarışlarının finalları keçiriləcək. 

     "Arpaçay" Karate klubunun prezidenti Yavər Hüseynovun bidirdiyinə görə karatenin Azərbaycanda kütləviliyinin artması baxımından yarış əsasən uşaqlar arasında keçirilir. O, mərkəzin AMKF-lə birgə təşkil etdiyi İ açıq çempionatda ölkənin müxtəlif bölgələrindən 50-dək klub iştirak edəcəyini deyib. Naxçıvan Muxtar Respublikasını isə ilk dəfə olaraq iki klub təmsil edəcək. Y.Hüseynov həmçinin onu da qeyd edib ki, "Arpaçay" İdman Klubu komanda döyüşlərində yer tutan idmançılarına pul mükafatları da təsis edilib. Bundan başqa yarışın ümumi nəticəsinə əsasən 3 kluba kubok və ən yüksək nəticə göstərən komandaya pul mükafatı təqdim olunacaq. 

     Yarış federasiyanın rəsmi internet saytında və sosial şbəkələrdə canlı internet video yaymla təqdim ediləcək.