Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Baş sponsor federasiya heyətini mükafatlandırdı

A+ a-
02 Iyun 2016 10:00

     Fransanın Monpelye şəhərində böyüklərin 51-ci Avropa çempionatının ümumi komanda hesabında 3-cü yeri tutan karateçilərimiz baş sponsor Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən mükafatlandırılıblar.

     Görüşdə Azərbycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi, Avropa çempionluğu ilə rekordunu yeniləyən Rafael Ağayev (-75 kq), komanda yarışlarında ilk dəfə çempion olan İrina Zaretska, İlahə Qasımova, Nuranə Əliyeva və Fəridə Abiyeva, kata yarışlarının bürünc mükafatçısı Roman Heydərov, fevralda Kiprdə yeniyetmələr arasında qitə üçüncüsü olan Müseyib Məmmədov (-52 kq), eləcə də onların komanda və şəxsi məşqçiləri, hakimlər və federasiya personalının bir neçə üzvü iştirak edib.

     Baş sponsor ABB ASC-nin İdarə heyətinin sədri Elmar Məmmədovun təbriklərini çatdıran ABB ASC-nin Baş direktoru və AMKF İdarə heyətinin üzvü Elmir Həbibullayev karateçilərimizin son Avropa çempionatındakı çıxışının çox uğurlu nəticə olduğunu söyləyib. O bildirib ki, hər zaman belə yüksək nəticələrlə Azərbaycan idmanının şərəfini beynəlxalq arenalarda uca tutan karateçilərimizə bundan sonra da lazımi dəstək göstəriləcək. 

     AMKF-in prezidenti Yaşar Bəşirov səmimi qəbula görə ABB ASC-nin rəhbərliyinə minnətdarlığını bildirərək, belə uğurlu nəticələrin baş sponsor tərəfindən dəyərləndiilməsinin idmançılar üçün əlavə stimul olduğunu söyləyib. O, karateçilərimizin ilin son aylarında Avstriyada dünya çempionatında, 2017-ci ilin mayında isə Bakıda 4-cü İslam Həmrəylik Oyunları kimi mötəbər yarışda ümidləri doğrultmağa çalışacaqlarını bildirib. 

     Görüşün sonunda Avropa çempionatının uğurlu nəticələrinə görə federasiya rəsmilərinə, işçi personala, məşqçi və hakim heyətinə, o cümlədən fərqlənən idmançılara mükafatlar təqdim olunub.