Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

"Boğaziçi"ni 12 medalla başa vurduq

A+ a-
28 Mart 2016 11:58

     Karateçilərimiz Türkiyədən ənənəvi "Boğaziçi Açık" beynəlxalq karate turnirindən 12 medalla dönürlər. Mükafatların ikisi qızıl və üçü gümüş, yeddisi isə bürüncdür.

     Fərdi yarşlarda Tural Ağalarzadə (-67 kq), Samir Məmmədov (-75 kq) mötəbər turnirin qalibi olublar. Niyazi Əliyev (-67 kq), Ayxan Mamayev (-84 kq) və Neda Rezai (kata) gümüş medallara sahib olublar. Bürünc mükafatları isə Müseyib Məmmədov (yeniyetmələr -52 kq), Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq), həmçinin  Nuranə Əliyeva (-50 kq), və Fəridə Əliyeva (+68 kq) qazanıb.

     Komanda yarışlarına da qatılan idmançılarımızdan Nuranə Əliyeva, Fəridə Abiyeva və Fəridə Əliyevadan ibarət heyət, eləcə də Pənah Abdullayev, Rafiz Həsənov, Şahin Atamov, Əli Cəfərov, Asiman Qurbanlı və Tural Ələkbərlidən ibarət komanda 3-cü yeri tutub. 

     İstanbulun Aslı Çakır Alptekin Atletizm Salonunda uşaqlar, yeniyetmələr, gənclər və veteran karateçilər arasında 29-cu dəfə keçirilən və ümumi mükafat fondu 82 min dollar olan nüfuzlu yarışda 28 ölkədən 780 idmançı iştirak edib. 

     Mayın əvvəlində Fransada Avropa çempionatına hazırlaşan böyüklərdən ibarət milli komandamızın bir sıra üzvlərini aprelin əvvəində Dubayda daha nüfuzlu Premyer Liqa turniri gözləyir. 

 

Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov