Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

TEHRANDA BEYNƏLXALQ TURNİR 13 MEDALLA BAŞA ÇATDI

A+ a-
25 Yanvar 2016 12:35

     Tehranda beynəlxalq turnirdə iştirak edən müxtəlif yaş qurupları üzrə milli komandalarımızın bir neçə üzvü yarışı 13 medalla başa vurublar.

     3 qızıl, 3 gümüş, 7 bürünc mükafatçılar arasında qızıl medalları Roman Heydərov (kata, 16-17 yaşlılar), Şahin Quluzadə (-67 kq, 18-21 yaşlılar) və Aysel Babayeva (-50 kq, böyüklər) qazanıb.

     Vüsal Kamallı (-75 kq, 18-21 yaşlılar), Sərxan Quluzadə (+84 kq, 18-21 yaşlılar) və Asya Məlikova (-50 kq, 18-21 yaşlılar) gümüş mükafatlara sahib olublar. Bürünc medalları isə Roman Heydərov (kata, "Qran Pri"), Aytac Əliyeva (-55 kq, 18-21 yaşlılar), Ülviyyə Məmmədova (-55 kq, 18-21 yaşlılar), Tural Ələkbərli və Elvin Əhmədli (hər ikisi -60 kq, böyüklər), Novruz Əliyev (-75 kq) vəTurqut Həsənov (-84 kq) əldə edib. 

     Karateçilərimiz 11-ci "Tehran Zamin" kuboku yarışına cənclərdən ibarət seçmə komandanın böyük məşqçisi Şahin Xudaverdiyevin rəhbərliyi altında iştirak ediblər. Bu yarış həm də yeniyetmə və gənclər üçün fevralın əvvəlində Kiprdə növbəti Avropa çempionatna hazırlıq xüsusiyyəti daşıyıb.

 

 Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov