Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Rafael Ağayev növbəti dəfə ilin ən yaxşı on idmançısından biri seçildi

A+ a-
25 Dekabr 2015 11:05

     Dekabrın 24-də Gənclər və İdman Nazirliyi 2015-ci ildə fərqlənən idmançılara, məşqçilərə və komandalara mükafatlar təqdim edib. 

     Mükafatlandırılanlar arasında 2015-ci ilin Avropa çempionu və 1-ci Avropa Oyunlarının qalibi, həmçinin bu il komanda yarışlarında Avropa çempionatının, eləcə də Hollandiyada Premyer Liqanın bürünc medallarını qazanan dördqat dünya və 12 dəfə qitə çempionu Arafael Ağayev də var. "Dünya karatsinin briliyantı" artıq bir neçə dəfədir ki, dalbadal "İlin idmançısı" nominasiyasında 10 yerdən birini tutur. "Ən yaxşılara" mükafatları Gənclər və İdman naziri Azad Rəhimov təqdim edib.

     Qeyd edək ki, Azərbaycan idmançıları 2015-ci ildə beynəlxalq yarışlarda 321 qızıl, 222 gümüş və 280 bürünc olmaqlqa 823 medal qazanıb. 

     Tədbirlə bağlı geniş məlumata Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəsmi internet səhifəsindən baxa bilərsiniz.