Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Prezident İlham Əliyev karateçilərə yüksək mükafatlar təqdim etdi

A+ a-
24 Dekabr 2015 10:40

     Dekabrın 23-də Milli Olimpiya Komitəsində 2015-ci ilə yekun vurulub. Rəsmi tədbirdə idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. 

     Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Çıxışında idmançılarla görüşün artıq ənənəvi hal aldığını qeyd edən ölkə prezidenti, Azərbaycan idmanında müvəffəqiyyətlərin ildən-ilə artdığını və idmançılarımızın beynəlxalq arenalarda yüksək nəticələr göstərdiyini bildirib. İlham Əliyev çıxışının sonunda azərbaycan idmançılarına 2016-cı ildə Rio De Janeyroda Yay Olimpiya Oyunlarında uğurlar arzulayıb.

      Azərbaycan Milli Karate Federasiyasının 2 idmançısı və məşqçisi də ilin yekununa əsasən mükafatlandırılanlar arasında olub. Fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb. Ölkə rəhbəri milli komandanın üzvlərindən Avropa Oyunlarının qalibləri Firdovsi Fərzəliyev və Ayxan Mamayevə isə mənzil orderi təqdim edib. 

     Azərbaycan Milli karate Federasiyasının kollektivi 2015-ci ildə qazanılan nəticələri yüksək dəyərləndirdiyinə görə Azərbaycan prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevə dərin minnətdarlığını bildirir. Həmçinin yola saldığımız il ərzində federasiyanın fəaliyyətinə böyük dəstək verən Milli Olimpiya Komitəsinə, Gənclər və İdman nazirliyinə, o cümlədən nazir Azad Rəhimova və baş sponsor Azərbaycan Beynəlxalq Bankına təşəkkürlərini çatdırır. 

     Rəsmi tədbirlə bağlı geniş məlumata Azərbaycan Dövlət İnformasiya Agentliyinin internet səhifəsndən (ADİA) baxa bilərsiniz. Məlumatlar, şəkillər və videoxəbər ADİA-ya məxsusdur.