Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmə və gənclər dünya çempionatında 4 medal qazandı

A+ a-
16 Noyabr 2015 06:53

     Azərbaycan karateçiləri İndoneziyanın paytaxtı Cakartada yeniyetmə və gənclərin 9-cu dünya çempionatını 4 medalla başa vurdular.

     Ötən yarışda dünya çempionu olan Avropa Oyunlarının qalibi İrina Zaretska (18-21 yaşlı gənclər, -68 kq, şəxsi məşqçisi Denis Morozov) bu dəfə gümüş medala da sahib oldu. Digər gümüş mükafatları Elcan Məmmədrzayevlə (-61 kq, 16-17 yaşlı gənclər)  Fidan Teymurova (14-15 yaşlı yeniyetmələr, -47 kq) qazandı. 14-15 yaşlı yeniyetmələr arasında Hümmət Baxşəliyev (-57 kq) isə bürünc medala sahib oldu.

     Murad Hacızadə (+76 kq, 16-17 yaşlı gənclər) ilə Fəridə Abiyeva (-61 kq, 18-21 yaşlı gənclər) bürünc medal görüşlərində qələbəni əldən verdilər. Roman Heydərov (kata, 16-17 yaşl gənclr) və Sərxan Quluzadə (+84 kq, 18-21 yaşlı gənclər) isə yarımfinala çıxış görüşündə hakimlərin haqsızlığı üzündən məğlub oldu. 

     Bu nəticə ilə Azərbaycan 37 medal qazana bilən ölkə arasında 14-cü yeri tutdu. Dünya çempionatında 91 ölkədən 1420 idmançı iştirak etdi. 

     Yarışdan əvvəl Dünya Karate Federasiyası (WKF) Hakimlər komitəsində imtahanlardan uğurla çıxan Vüqar Kərimov, Rənad Əliyev və Nərgiz Mehdiyeva beynəlxalq dərəcələrini yükəltdilər. Həmçinin beynəlxalq hakim Yusif Məmmədov lisenziyasının müddətini daha 4 il artırdı. 

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov nəticədən narazı qalmadığını bildirdi. Onun dediyinə görə müəyyən səbəblər daha yüksək nəticə əldə etməyimizə mane oldu. Azərbaycanın İndoneziyada səfirliyinin rəhbər nümayəndələri yarışboyu idmançılarımızı dəstəkləmək üçün komanda ilə birlikdə olublar. Azərbaycan Milli Karate Federasiyası bu ölkənin səfiri hörmətli Tamerlan Qarayevə xüsusi təşəkkürlərini bildirir.