Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Dünya çempionatında daha 2 medal

A+ a-
13 Noyabr 2015 21:49

     14-15 yaşlı yeniyetmələrin böyük məşqçisi Anar Allahverdiyev, 16-17 və 18-21 yaşlılardan ibarət seçmə komandalarıın böyük məşqçisi Şahin Xudaverdiyevin rəhbərliyi ilə Indoneziyanın paytaxtı Cakartada gənclər və yeniyetmələr arasında 9-cu Dünya çempionatında uğurla çıxış edən Elcan Məmmədrzayev (-61 kq) (şəxsi məşqçisi QUrban Tağıyev) və Hümmət Baxşəliyev (-57 kq) (şəxsi məşqçisi Vüqar Kərimov) daha iki medal qazanmaqla ümumi mükafatların sayını üçə çatdırıblar.

     Yarışın ikinci günü tatamiyə çıxan dörd idmançımızdan E.Məmmədrzayev 16-17 yaşlılar arasında beş rəqibindən yalnız yaponiyalı idmançıya finalda yenilməklə gümüş meala sahib olub. 14-15 yaşlı yeniyetmələrdən H.Baxşəliyev isə yarımfinalda yapon idmançısına minimal xalla məğlub olaraq bürünc medal şansını əldən verməyib. 

     Bu nəticə ilə üç yaş qurupunda mübarizə aparan yeniyetmə və gənc karateçilərimiz 29 medal qazana bilə ölkə arasında 10-cu pillədəki mövqeni qoruyublar.  94 ölkədən 1425 karateçi iştirakı ilə dünya çempionatının üçüncü yarış günü daha 7 karateçimiz tatamiyə çıxacaq. Yarış bazar günü başa çatacaq.