Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

KARATE TOKİO 2020 OLİMPİADASINA DAXİL EDİLƏ BİLƏR

A+ a-
28 Sentyabr 2015 15:44

     Karate 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına daxil edilə bilər. 

     Tokio 2020-nin təşkilat komitəsi karatenin 5 il sonrakı Olimpiya oyunlarının yarış proqramına əlavə idman növü kimi daxil edilməsi təklifini irəli sürüb. Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən qeydə alınan təklif, 2016-cı ilin avqustunda Braziliyanın paytaxtı Rio-de-Janeyroda BOK-un 129-cu sessiyasında həll olunacaq. Karate Tokio Olimpidasına namizəd 5 yeni idman növündən biri və proqrama daxil olma ehtimalı ən yüksək olan növdür.  

     Yaponiyanın paytaxtı Tokioda XXXIl Yay Olimpiya Oyunlarının fərdi kumite yarışlarında kişilər və qadınlar 3 çəki dərəcəsində mübarizə aparacağı planlaşdırılıb. Kata çıxışlarında isə kişi və qadınlardan 1 idmançının tatamiyə çıxacağı nəzərdə tutulub. Təklif müsbət həllini taparsa təsnifat yarışlarının detalları qarşıdakı dövr ərzində dəqiqləşdiriləcək.

     lkin uğur münasibəti ilə Dünya Karate Federasiyasına (WKF) üzv olan 182 ölkənin milli federasiyalarına, o cümlədən Azərbaycan Milli Karate Federasiyasına göndərilən məktubda, WKF-in prezidenti Antonio Espinos təbriklərini çatdırıb.

     Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax iyunun 13-də Bakıda Avropa Oyunlarının karate yarışlarında olarkən, bu döyüş idman növünün böyük perspektivləri olduğunu qeyd etmiş və dünyada kütləvilik qazanmış karatenin Olmpiya oyunlarında layiqli yerini tutacağına inandığını bildirmişdi. 

 

  

Media və İcimaiyyətlə işlər katibi Sənan Məhərrəmov