Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Aşağı yaşlılar Tehranda 13 medal qazandılar

A+ a-
20 Sentyabr 2015 15:54

     Yeniyetmə və gənclərdən ibarət milli komandanın bir sıra üzvləri İranın paytaxtı Tehranda Dünya Karate Federasiyasının (WKF) qaydaları ilə "ShitoRyu Shikokay Union" üslubu üzrə kişilər arasında 7-cü dünya çempionatından 14 medalla döndülər.

     Əsas və əvəzedici heyətlərdən 14-15 yaşlı yeniyetmələrdən Ceyhun İsmayılov (kata), Nuri Əliyev (-52 kq), Əbülfəz Rəhimov (-63 kq), 16-17 yaşlı gənclər arasında Mircəlal Ələsgərov (-55 kq), Murad Hacızadə (+76 kq), 18-21 yaşlı gənclər seçmə komandasının üzvü Ülvi Qurbanov (-60 kq) dünya çempionu olublar. 

     14-15 yaşlı yeniyetmələrdə Əli Mirzəyev (-70 kq), 16-17 yaşlı gənclər arasında Murad Balakişiyev (68 kq), Emil Quliyev (+76 kq), 18-21 yaşlı gənclərdən Nəcməddin Bünyadov (-84 kq), eləcə də 16-17 və 18-21 yaşlılardan ibarət komandalarmız komanda yarışlarının gümüş mükafatçıları olub.

     Bürünc medallara 16-17 yaşlı gənclərdən Qasım Həsənov (-55 kq),  18-21 yaşlılardan isə Hüsryn Məmmədov sahib olub. Bu nəticələrlə Azərbaycan karateçiləri 15 ölkədən 1200-dən artıq idmançının qatıldığı mötəbər yarışın ümumi komanda hesabında 1-ci yeri tutublar. Murad Hacızadə (şəxsi məşqçisi Rafael Məmmədov, psixoloji hazırlıq məşqçisi Səxavət Hüseynov) yarışın ən yaxşı idmançılarından biri seçilib.

     Tehrana əməkdar məşqçi və beynəlxalq hakim Rənad Əliyevin rəhbərliyi ilə yollanan heyətdə milli hakimlərdən Seymur Məmmədov, Eldəniz Qəmbərov və Gündüz Mahmudov da yarışı idarə edənlər arasında olub.