Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yubileyiniz mübarək hörmətli Ülvi müəllim!

A+ a-
17 Sentyabr 2016 16:35

     17 sentyabr tarixində Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyevin doğum günüdür. 

Ülvi Quliyev 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Nəsimi rayonunun 5 və 9 saylı məktəblərində təhsil almışdır. 1988-ci ildə Azərbaycan Dövlət Tibb  Universitetinin əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, provizor-analitik və baş provizor vəzifəsində işləmişdir.

     2002-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini müvəffəqiyyətlə bitirərək, yeni ixtisasa yiyələnmişdir. Həmin ildən gömrük xidməti orqanlarına işə qəbul olunmuş, 2005-ci ilədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə şöbəsinin rəisi vəzifəsində işləmişdir. Gömrükçü İdman Sağlamlıq mərkəzinin direktor müavini vəzifəsində çalışmışdır. Gömrük xidməti polkovnik-leytenantıdır.

     3-cü, 4-cü və 5-ci çağırış Milli Məclisə seçilmiş, bu müddət ərzində ölkədə hüquqi, demokratik, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının hüquqi bazasının yaradılmasında mühüm rol oynayan qanunların qəbulunda fəal iştirak etmişdir. Hal hazırda Milli Məclisi Deputatıdır.

     12 yaşından idmanın Karate növü ilə peşəkar səviyyədə məşğul olan Ü. Quliyev,  7-ci Dan qara kəmər dərəcəsinə yiyələnmişdir. Avropa və Dünya çempionu, 1997-ci ildən Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının prezidentidir.

Fəxrlə qeyd etmək lazımdır ki, Assosiasiyaya rəhbərlik etdiyi dövrdən onun yetirmələri Azərbaycan Respublikasının bayrağını Avropa və Dünya Çempionatlarında yüksəklərə qaldırmış, dəfələrlə qızıl, gümüş və bürünc medallara layiq görülmüşlər. İdmanın bu sahəsində göstərdiyi xidmətlər yüksək qiymətləndirilərək, “Azərbaycan Respublikasının əməkdar idman ustası”, “Azərbaycan Respublikasının əməkdar məşqçisi”, və 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  “Əməkdar Bədən Tərbiyəçisi və İdman Xadimi” fəxri adlarına layiq görülmüşdür.

      Ailəlidir, iki övladı var. Bitərəfdir.

     Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi, kollektiv və Baş sponsor Azərbaycan Beynəlxalq Bankı Ülvi Quliyevi 50 illik yubileyi münasibəti ilə təbrik edir, ona idmançı sağlamlığı və karyerasında yeni uğurlar arzulayır.