Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər Bazeldədir

A+ a-
11 Sentyabr 2015 15:10

     Müxtəlif yaş qrulsarında milli komandaların 11 üzvü İsveçrədə 6-cı "Bazel Open Masters " beynəlxalq karate turnirində iştirak edirlər.

     Noyabrın əvvəlində İndoneziyada yeniyetmə və gənclərin dünya çempionatına hazırlaşan 14-15 yaşlı yeniyetmələrdən Hümmət Baxşəliyev (-52 kq) və Renata Ərəbli (-54 kq), həmçinin 16-17 yaşlı gənclərdən Elcan Məmmədrzayev (-61 kq), Elman Babayev (-76 kq), Fəridə Əliyeva ((+59 kq), eləcə də 18-21 yaşlı gənclərdən Şahin Quluzadə (-67 kq), Vüsal Kamallı (-75 kq) və Fəridə Abiyeva (-61 kq) bir daha sınaqdan keçiriləcək.

     16-17 yaşlı gənclərdən ibarət seçmə komandanın böyük məşqçisi, əməkdar məşqçi Şahin Xudaverdiyev səhhəti ilə əlaqədar turnirə yollanmadığından, idmançıların çıxışlarını 14-15 yaşlı yeniyetmələrin böyük məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyev izləyəcək.

     Turnirdə həmçinin böyüklərdən Avropa Oyunlarının qalibi Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq) də iştirak edəcək. 

     Azərbaycan Milli Karate Federasiyasının prezdenti Yaşar Bəşirovun rəhbərliyi ilə yarışa yollananlar arasında beynəlxalq dərəcəli hakimlər Cahangir Babayevlə Vüqar Kərimov da var. İsveçrəyə yollanan heyət ayın 14-də Bakıya dönəcək.

 

Media və İcimaiyyətlə işlər katibi Sənan Məhərrəmov.