Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İranda beynəlxalq yarışdan 13 medalla döndük

A+ a-
23 Avqust 2015 13:34

     İran İslam Respublikasının Urmiyə şəhərində 11-ci beynəlxalq yoldşalıq və həmrəylik turnirinin ilk gününü 8 medalla başa vuran Azərbaycan karateçiləri yarışın son günü daha 5 medala sahib olublar.

     Niyazi Əliyev (-67 kq) ilə Asiman Qurbanlı (+84 kq) şəxsi yarışlarda, Rafiq Əmirov katada, müxtəlif yaş quruplarından ibarət heyət katada, milli komandanın əsas və əvzedicilərindən ibarət heyət isə komanda kumite yarışlarında bürünc medal qazanıblar.

     Gənclərdən ibarət heyət iranlı həmyaşıdları ilə komanda yarışlarının bürünc medal uğrunda həlledici görüşündə yerli hakimlərin haqsızlığının qurbanı olublar. Pənah Abdullayev (-84 kq) isə fərdi yarışın bürünc medal döyüşündə hesabda irəli olsa da, başından aldığı ağır zərbə nəticəsində mübarizəni davam etdirmək iqtidarında olmayaraq medalsız qalıb.

     Beləliklə ənənəvi "Urmiyə" kubokunda iştirak edən azərbaycan karateçiləri 2 qızıl, 1 gümüş və 10 bürünc medalla 7 ölkə arasında ümumi komanda hesabında İran və Türkiyədən sonra üçüncü nəticə göstəriblər.    

 

     Media və İcimaiyyətlə işlər katibi Sənan Məhərrəmov