Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər İrana yola düşdü

A+ a-
16 Avqust 2015 21:49

     Azərbaycan karateçiləri İranda 11-ci beynəlxalq yoldşalıq və həmrəylik turnirində iştirak edəcəklər. Urmiyə şəhərində oğlanlar və kişilər arasında yarışda müxtəlif yaş qrupları üzrə seçmə komandalarımızın üzvləri mübarizə aparacaqlar.

     Yeniyetmə və gənclərdən ibarət seçmə komandaların böyük məşqçiləri, əməkdar məşqçilər Anar Allahverdiyevlə Şahin Xudaverdiyev noyabrın əvvəlində İndoneziyada dünya çempionatına hazırlıaşan perspektivli idmançılarımızı qarşıdakı yarışda ilkin sınaqdan çıxarmaq qərarına gəliblər. 14-15 yaşlılar arasında avropa üçüncüsü Hümmət Baxşəliyev (-52 kq), Eldar Qədirov (-57 kq), Bəxtiyar Rzayev (-63 kq), Əli Quliyev (-70 kq) və Niyazi Məmmədovdan (+70 kq) başqa, kata üzrə böyük məşqçi Vahid Ayvazov və onun köməkçisi Anar Əhmədov bu yaş qurupunda Jeyhun İsmayılovla Anar Mir Pənaha şans verəcək. 16-17 yaşlı gənlcər hər çəkidə bir neçə idmançı ilə təmsil olunacaqlar. Həsən Əliyev, Cumart Sarıxanov, Qasım İskəndərov və Mircəlal Ələsgərov -55 kq çəki dərəcəsində, Elcan Məmmədrzayevlə Riyad Feyzizadə - 61 kiloqramda, İsa Məmmədovla Murad Balakişiyev -68 kiloqram, Elman Babayev -78 kq, Murad Hacızadə ilə Emil Güləhmədov +76 kiloqram çəki dərəcəsində, Roman Heydərovla Həsən Rüstəmov isə kata yarışlarına qatılacaq.

     Böyüklərdən ibarət milli komandanın əsas üzvlərindən bir neçə nəfəri Avropa Oyunlarından sonrakı istrahətdən yeni qayıtdıqları üçün İrandakı beynəxlaq turniri buraxmalı olublar. Onlardan Avropa oyunlarının qalibi Firdovsi Fərzəliyevlə (-60 kq) bürünc mükafatçı Niyazi Əliyev (-67 kq), həmçinin komanda yarışlarında iştirak edən və milli komandanın əvəzedici heyətindən Ceyhun Mustafayev, Musa Musayev və Ülvi Qubanov (-60 kq), Rafiz Həsənov (-67 kq), Pənah Abdullayev (-84 kq), Orxan Heydərli, Asiman Qurbanl və Əli Cəfərov (+84 kq) kişilərin turnirində tatamiyə çıxacaq. 18-21 yaşlı gənclərdən Şahin Quluzadə (-67 kq), Üzeyir Alışanov (-67 kq), Hüseyn Əliyev (-67 kq), Vüsal Kamallı və Samir Məmmədov (-75 kq), Nəcməddin Bünyadov və Tural Kamallı (-84 kq), Sərxan Quluzadə (+84 kq) kumitedə, Rafiq Əmirov isə kata yarışlarına qatılacaq. 

     Milli dərəcəli hakimlərimizdən Mehman Mədətov, Akif Kərimov və Cavid Rəfiyev beynəlxalq turnirin referiləri arasında olacaq. İdmançılarımız ümumi mükafat fondu 30 min dollar olan turnirin komanda yarışlarına da qatılacaqlar. Urmiyədən operativ informasiyalar çatdırmaq üçün federasiyanın Media və İctimiyyətlə işlər katibi Sənan Məhərrəmov beynəlxalq turnirə ezam olunub. 17 avqustda İrana yola düşən heyət ayın 22-də Bakıya dönəcək.