Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

KARATEÇİLƏR ZƏFƏRLƏRİNİ BAYRAM ETDİLƏR

A+ a-
02 Iyul 2015 20:56

     Azərbaycan karate ailəsi Avropa Oyunlarındakı zəfəri iftar süfrəsi ətrafında bayram ziyafəti ilə də qeyd edib. Karate veteranları, federasiya rəsmiləri, milli komandanın üzvləri, qonaqlar, məşqçi və hakimlərlə birgə kiçik bayram ziyafətində təbriklər səslənib, arzular çatdırılıb.

     Federasiya prezidenti Yaşar Bəşirov, karate veteranlarından Mirəli Seyidov, millət vəkili Ülvi Quliyev, Füzuli Musayev, Oqtay Məmmədov, baş məşqçi Rəhman Hətəmov və qonaqlar Avropa Oyunlarında zəfər yazan idmançılarımızın şəninə gözəl ifadələr işlədərək, onları yeni qələbələrə ruhlandırıblar. Avropa Oyunlarında karateçilərin gərgin anlarından hazırlanmış videoçarx da böyük maraqla izlənib.

     Əməkdar artist Xəyyam Mustafazadənin patriot mahnıları peşəkar musiqiçlərin canlı müşayiətində ziyafətə şən abu-hava qatıb. Yığıncaqdan fotoreportaja federasiyanın rəsmi "Facebook" səhifəsində baxa bilərsiniz.

 

     Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov