Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

KARATEÇİLƏRİMİZ "ZƏFƏR GÜNLƏRİ"NDƏ

A+ a-
16 Iyun 2015 20:58

     Azərbaycan Milli Olimpiya Komitəsinin 1-ci Avropa Oyunlarının qalibləri və mükafatçılarının şərəfinə “Zəfər günləri” adlı xüsusi tədbiri davam edir.

     Azərbaycan idmançılarının 1-ci Avropa Oyunlarında liderlik etdiyini diqqətə açtdıran MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, atletlərimizin öz parlaq qələbələri ilə tarix yazdıqlarını söyləyib. 

     Oyunların mükafatçılarını təbrik edən Gənclər və İdman naziri Azad Rəhimov dünyanın nüfuzlu mətbuat orqanlarında birinci Avropa Oyunları ilə bağlı materialların geniş yer aldığını, sonrakı yarış günlərində də Azərbaycan atletlərinin ölkəmizi layiqincə təmsil edəcəklərinə, Azərbaycan bayrağını yüksəklərə qaldıracaqlarına inamını ifadə edib. Azərbaycan Milli Karate Federasiyasın prezidenti Yaşar Bəşirov "Lider" televiziyası ilə canlı yayımlanan tədbirdə müsahibəsində karateçilərimizin yüksək nəaliyyətlərindən danışıb. 

     Azərbaycana qələbə sevinci yaşadan idmançılarımıza MOK-un xüsusi hədiyyələri təqdim olunub. Medal qazanan idmançılar xüsusi quraşdırılmış stendə imzalarını qeyd ediblr. Sonra “Zəfər günləri” tədbirinin iştirakçıları Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

      Tədbirdən fotoalboma federasiyanın rəsmi "Facebook" səhifəsindən baxa bilərsiniz.