Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

AZƏRBAYCAN KARATEÇİLƏRİ TARİX YAZDILAR

A+ a-
14 Iyun 2015 11:19

     Azərbaycan karateçiləri 1-vi Avropa Oyunlarının ilk medallarını qazanmaqla Azərbaycan idmanında tarix yazdılar. 

     Oyunların ilk günü 4 medal qazanan idmançılarımızdan Firdofsi Fərzəliyev (-60 kq) və Rafael Ağayev (-75 kq) yarışın ilk qalibləri oldular. Niyazi Əliyev (-67 kq) ilə İlahə Qasımova (-55 kq) isı Avropa Oyunlarının ilk bürünc mükafatlarına sahib oldular. 

     İlk medalı vaxtından əvvəl təmin edən azərbaycanlı idmançı kimi Avropa Oyunlarının tarixinə düşən Firdovsi Fərzəliyev həm də ilk qızıl medalçı kimi yaddaşlara həkk olundu. O həmçinin son avropa çempionu italiyalı Luka Mareskanı yarışın formatına əsasən iki dəfə məğlub etdi. Bürünc mükafatçı Niyazi Əliyev də oyunların əsas  favoritlərindən sayılmasına baxmayaraq bu ilin martında İstanbulda avropa çempionatının finalında məğlub etdiyi türkiyə idmançısı Burak Uyqura məlğubiyyətdən qaça bilmədi. 

     4 qat dünya və 12 dəfə avropa çempionu, dünya döyüş növləri oyunlarının qalibi və onlarla bir çox titulları olan Rafael Ağayev medal kolleksiyasını  zənginləşdirməkdə elə də çətinlik çəkmədi. Avropa Oyunarının üçüncü olmaq İlahə Qasımovanın yuxarı yaşlarda ən yüksək titulu oldu.  

     Karateçilərimizin bu uğuru yarışın ilk günü Azərbaycan idmançılarının Avropa Oyunlarının ümumi medal nəticəsində 2-ci pilləyə, kişilər arasında 1-ci,  yüksəlməsində əsas rol oynadı.  İdmançılarımızın final döyüşlərini izləyən ölkə prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və xanımı, Avropa Oyunları Təşkilat komitəsinin sədri Mehriban Əliyeva mükafatlandırma mərasimində iştirak etdilər.