Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilərimiz Qətər Əmirliyinə yola düşür

A+ a-
20 May 2015 11:08

     1-ci Avropa Oyunlarına iştirak edən milli komandamızın 12 üzvündən 8 nəfəri Qətərin paytaxtı Dohada 4-cü Beynəlxalq turnirə yollanır. Baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov iyunun əvvəlində məsul yarış ərəfəsində son dəfə idmançılrımızın yarışa qatılmasına qərar verib.

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Qətər Əmirliyinə yola düşən heyətdə Firdovsi Fərzəliyev (-60 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və Fəridə Abiyevadan əlavə, kata yarışlarında Tural Balcanlı ilə Ədilə Qurbanova yer alıb.

     Yarışa həmçinin baş məşqçinin köməkçisi, kumite üzrə böyük məşqçi Rəşad Hüseynovla kata üzrə böyük məşqçi Vahid Ayvazov, hakim qismində isə beynəlxalq referi Şahin Xudaverdiyev gedir. 4-cü Beynəlxalq turnirdən operativ məlumatlar hazırlamaq üçün federasiyasının İctimaiyyətlə Əlaqə və İnformasiya katibi Sənan Məhərrəmov da Dohaya ezam olunur.

     Yarışda 32 ölkədən 150-dək karateçi mübarizə aparacaq. Mayın 20-də Qətər Əmirliyinə yola düşən heyət həftənin sonunda Bakıya dönəcək.