Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Avropa Oyunlarının Karate üzrə test yarışı keçirildi

A+ a-
18 May 2015 23:08

     18 mayda "Krystal Hall"da Bakı 2015 1-ci Avropa Oyunlarının Karate üzrə test yarışı keçirilib.

     Test yarışında Azərbaycan karateçiləri ilə birgə təlim-məşqlərə gələn Kanada milli komandasının üzvləri də iştirak ediblər. Tədbiri Dünya Karate Federasiyasının (WKF) Təşkilat Komissiyasının sədri Esteban Perez, Avropa Karate Federasiyasının (AKF) Hakimlər komissiyasının sədri Primoz Debenak və Bakı 2015 1-ci Avropa Oyunları Təşkilat komitəsinin nümayəndələri idarə ediblər.

      Test yarışında rəsmi yarışın gedişatı günün cədvəlin uyğun şəkildə aparılıb. Könüllülərin və təşkilat komitəsinin işi yüksək qiymətləndirilib. İdmançıların yarış zalına uyğunlaşmasının, onalrın 25 gün sonrakı Avropa Oyunlarında nəticələrinə müsbət təsir göstərəcəyi bildirilib. 

     Avropa Oyunlarının Karate üzrə test yarışından fotoreportaja federasiyanın rəsmi "Facebook" səhifəsindən baxa bilərsiniz.