Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Kanada milli komandası ilə birgə məşqlər davam edir

A+ a-
16 May 2015 18:58

     Bakı 2015 1-ci Avropa Oyunlarına hazırlaşan Azərbaycan karateçiləri həlledici təlim-məşqlərini Kanada milli komandasının üzvləri ilə birgə davam etdirirlər.

     Öz istəkləri ilə Bakıya gələn Şimali Amerikalı idmançılar yay aylarında Kanadada Pan Amerika Oyunlarına hazırlığın əsas hissəsindən biri kimi təlim-məşqlərin məhz dünyanın ən güclü komandalarından olan Azərbaycanla birgə keçirməyə qəra veriblər. Kanada milli komandasının üzvləri Azərbaycan karateçiləri ilə hazırlıqların Pan Amerika Oyunlarında onların nəticələrinə müsbət təsir göstərəcəyindən əmindirlər. Hər iki komanda gün ərzində 2 dəfə məşq keçir.

     Onlar 18 noyabrda Avropa Oyunlarının Karate yarışlarının keçiriləcəyi Kristal zalda test yarışında itirak edəcəklər. Birgə təlim-məşqlərdən fotoalboma federasiyanın rəsmi Facebook səhifəsindən baxa bilərsiniz.

 

İctimaiyyətlə əlaqə və İnformasiya katibi Sənan Məhərrəmov