Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilərimiz "Boğaziçi"dən 5 medalla dönürlər

A+ a-
04 May 2015 10:15

     Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq), Aytən Səmədli (+68 kq) və Ədilə Qurbanovadan (kata) ibarət qadın milli komandamız İstanbulda nüfuzlu "Boğaziçi" Açıq Karate Turnirindən zəfərlə dönürlər.

     İlahə Qasımovanın (-55 kq) çempionluğu, Ədilə Qurbanovanın kata yarışlarında gümüş medalı, İrina Zaretskanın (-68 kq)  və komanda yarışlarında qadınların bürünc mükafat qazanması ümumi hesabda Azərbaycanı ilk pillələrə daxil edib. Bu yüksək nəticəyə həmçinin Tural Balcanlının (kata) bürünc medal əldə etməsi də təsirini göstərib. Ənənəvi yarışda 14 ölkədən 723 idmançı iştirak edib.

    Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə İstanbulda "Bosphorus Open"dən 1 qızıl və gümüş, 2 bürünc medallar, eləcə də komanda yarışlarının üçüncülüyünü qazanan  milli komandamızın üzvləri mayın 4-də Bakıya dönərək Avropa Oyunlarına hazırlıqlrını davam etdirəcəklər.