Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Lüksemburq karateçiləri birgə məşqlərdən məmnun qaldılar

A+ a-
28 Aprel 2015 02:56

     Lüksemburqda açıq beynəlxalq turniri uğurla başa vuran azərbaycan karateçiləri yarışdan sonra bu ölkənin aparıcı klublarından "Differdange"-nin aşağı yaşlı yetirmələri ilə birgə məşq keçiblər.

     Lüksemburqlu həmkarının təklifini müsbət qarşılayan Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov, dünyanın məhşur karate ölkələrindən olan azərbaycana və millli komandamıza hər yerdə böyük maraq olduğunu söyləyərək, idmançılarımızın texniki və taktiki bacarıqlarının Lüksemburqlu yeniyetmə və gənclərlə bölüşməsinin onların inkişafında böyük effekt verəcəyini bildirib.

     Azərbaycan karateçilərindən birgə məşqlərdə komandanın kapitanı Şahin Atamov (+84 kq) ilə Firdovsi Fərzəliyev (-60 kq) kumitedən, Tural Balcanlı isə kata yarışlarından təcrübələrini bölüşüb. Birgə hazırlıqlardan məmnun qalan Lüksemburq Karate Federasiyasının rəsmiləri, idmançılar və valideyinləri AMKF rəhbərliyi və milli komandamızın üzvlərinə minnətdarlıqlarını bildirərək onlara xatirə hədiyyələri təqdim ediblər.

     Lüksemburqlu yeniyetmə və gənclərlə azərbaycan karateçilərinin birgə məşqlərindən fotoalboma federasiyanın rəsmi "Facebook" səhifəsindən baxa bilərsiniz.