Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Kişilər Lüksemburqa beynəlxalq turnirə

A+ a-
22 Aprel 2015 20:11

     Kişilərdən ibarət milli komandamızın əsas üzvləri Lüksemburqa beynəlxalq turnirə yollanır. Azərbaycan Milli Karate Federasiyasnın prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə səfərə çıxan heyətə Bakı 2015 1-ci Avropa Oyunlarında iştirak edən idmançılar cəlb olunub.

     Milli komandanın baş məşqçisi, əməkdar məşqçi Rəhman Hətəmov iyunun əvvələrində Avropa Oyunları qabağı karateçilərimizdən Firdovsi Fərzəliyevin (-60 kq), Niyazi Əliyevin (-67 kq), Rafael Ağayevin (-75 kq), Ayxan Mamayev (-84 kq) və komandanın kapitanı Şahin Atamovun (+84 kq) bir daha medal sevinci yaşamağa çalışmasını məsləhət görüb. Kata üzrə böyük məşqçi Vahid Ayvazov da son Avropa beçincisi Tural Balcanlını yenidən sınaqdan çıxarmağı nəzərdə tutub.   

     Beynəlxalq hakimlərdən federasiyanın vitse-prezidenti Yusif Məmmədov və hakimlər komitəsinin sədri Cahangir Babayev, baş məşqçinin köməkçisi, böyük məşqçi Rəşad Hüseynov, həmçinin operativ məlumatlar hazırlamaq üçün İnformasiya və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da Lüksemburqda beynəlxalq turnirə yola düşür. Artıq bir neçə gündür ki, Qazaxısatn milli komandası ilə Bakıda məşqlər keçən karateçilərimiz bu hazırlıqla birgə məhşur ispaniyalı mütəxxəssis Antonio Oliva Sebanın texniki və taktiki seminarında təlimlər keçiblər.  

     Lüksemburq səfəri 23-28 aprel tarixlərinə planlaşdırılıb. Qadınlardan ibarət milli komandamızın son hazırlıq yarışı isə mayın əvvəlində İstanbulda nüfuzlu beynəlxalq turnir olacaq.