Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Konyadan 7 medalla

A+ a-
22 Aprel 2015 19:27

     Konyada 5-ci Rumi Uşaq oyunlarında idmançılarımız üçün karate yarışlarının son günü uğurla başa çatdı. Bir gün əvvəl qızların yarışında bürünc medal sahib olan yeniyetmələrdən ibarət seçmə komandamızın üzvləri bu gün 4 gümüş və daha iki bürünc medal qazanıblar.

     Hümmət Baxşəliyev (-52 kq), Anar Novruzov (-57 kq), Əbülfəz Rəhimov (-63 kq), və Nİyazi Məmmədov (+70 kq) finalda qızıl medal imkanlarını əldən veriblər. Əli Quliyev (-70 kq) ilə Ceyhun İsmayılov (kata) bürünc medalların sayını üçə çatdırıblar. Beləliklə yeniyetmə karateçilərimiz Mədinə Sadıqovanın (-47 kq) da qazandığı ilk bürünc mükafatla birgə  5-ci Rumi Uşaq oyunlarında 7 medala sahib olmaqla ümumi hesabda 3-cü nəticə göstəriblər. 10 növ üzrə keçirilən yarışlarda 24 ölkədən 850 idmançı mübarizə aparır.  

    İdmançılarımız ayın 24-də vətənə dönəcəklər.